İslami maliyyəsi 2 trilyon dolları aşıb

İslami maliyyəsi 2 trilyon dolları aşıb | alkredit.az

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), qlobal İslam maliyyəsi sektorunun növbəti ildə artım sürətinin azalmasına baxmayaraq böyüməsini davam etdirəcəyini bildirib.

Təşkilatın İslam maliyyəsi sektoruna dair hesabatında, "İslami maliyyəsi sektoru 2016-da artımını davam etdirəcək. Amma sektordakı inkişafın növbəti il sürətinin aşağı düşməsi ehtimalı var. Proqnozlarımıza görə, bütün dünyada İslami maliyyəsi sektorunda aktivlərin həcmi 2 trilyon dollar səviyyəsini aşıb" ifadələri istifadə edilib.

Hesabatda, İslam maliyyəsi sektorunun qarşısında üç əsas çətinlik olduğu qeyd edilərək, bu çətinliklər, "Bunlar, neftin qiymətinin aşağı düşməsi və bu enişin əsas bazarlarda iqtisadi performans üzərindəki təsirləri, banklar və sığorta şirkətləri üçün tətbiq olunan qlobal nəzarət çərçivəsində ani dəyişikliklər, sektorun qlobal bir çərçivəsinin (tənzimlənməsinin) olmaması" şəklində sıralanıb.

S&P hesabatında qlobal İslam maliyyəsi sektorunun artım sürətinin 2016-cı ildə, ötən on ildəki 10-15 faiz səviyyələrindən azalaraq təkrəqəmli səviyyələrə düşə biləcəyini proqnozlaşdırıb.

 

mənbə:marja