İstismara verilən mənzillərin ümumi sahəsi azalıb

İstismara verilən mənzillərin ümumi sahəsi azalıb | alkredit.az

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 327,4 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla yanaşı, cari ilin sentyabr ayında Azərbaycanda 157,9 min kvadratmetr mənzil istismara verilib.

Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 978,3 min kvadratmetr təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 7,5% azdır.

 

mənbə:marja