Kənd təsərrüfatı üçün 40 milyon dollarlıq layihə

Kənd təsərrüfatı üçün 40 milyon dollarlıq layihə | alkredit.az

2015-ci il Sentyabr ayından etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqının dəstəyi ilə ölkədə yerli maliyyə institutlarını kənd təsərrüfatı sektoruna aid kreditlərin fermer və digər müəssisələrə verilməsini həvəsləndirmək məqsədi ilə ümumi məbləği 40 milyon ABŞ dollarına qədər olan  “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Alətləri” layihəsini (AZAFF) həyata keçirməyə başlamışdır.

AYİB-in Bakı ofisindən “Marja”ya daxil olmuş məlumata görə, AZAFF özündə AYİB-in banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini birləşdirir.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Azərbaycan nümayəndəliyi və AYİB “Azərbaycanda İqtisadi Diversifikasiyanın sürətləndirilməsi: Kənd təsərrüfatı sahəsinə dəstək” mövzusunda birgə tədbirin həyəta keçirilməsini planlaşdırır. Tədbirin təşkilinin məqsədi proqramın uğurla həyata keçirilməsi üçün əməkdaşlıqların gücləndirilməsi və hal-hazırda Azərbaycan fermerlərinin üzləşdikləri maliyyə və məsləhət problemlərini, eləcə də bu sektorun inkişafı imkanlarını nəzərdən keçirməkdir.

Tədbirdə Azərbaycan Kənd Təsərrüfatı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB və Aİ nümayəndəliklərinin, yerli və beynəlxalq maliyyə institutları rəhbərlərinin və eləcə də kənd təsərrüfatı sektorunda əsas rol oynayan digər qurumlardan olan təcrübəli mütəxəssislərin iştirakı nəzərdə tutulur.

 

 

mənbə:marja