Kapital axını dollara tələbatı daha da artıra bilər

Kapital axını dollara tələbatı daha da artıra bilər | alkredit.az

21 Dekabrdakı devalvasiyadan sonra dollara tələb yüksək qalmaqdadır.

Mərkəzi Bankın valyuta ehtiyatlarının “əriməməsi” üçün banklara dollar satışını məhdudlaşması bazarda qıtlıq yaradıb.

Ekspertlər ölkədən kapital axını güclənəcəyindən dollara tələbatın bundan sonra da yüksək olacağını bildirirlər.

Azərbaycan manatına və iqtisadiyyata inam çox sarsılıb. Odur ki, maliyyə resurslarının sahibləri kapitalı xaricə çıxararaq daşınmaz əmlak, depozitlər və digər aktivlərə yatıracaqlar.

Bunu əsasən külli miqdarda pul ehtiyatı toplamış oliqarxlar edəcək. Onlar ilk növbədə dollar alırlar ki, bu da valyuta qıtlığına əsas səbəb olub.

mənbə:marja