“Kapital Bank” ASC-nin daha bir yeni konsepsiyalı filialını müştərilərinin ixtiyarına verib.

Kapital Bank ASC-nin daha bir yeni konsepsiyalı filialını müştərilərinin ixtiyarına verib. | alkredit.az

“Kapital Bank” ASC-nin daha bir yeni konsepsiyalı filialını müştərilərinin ixtiyarına verib.

Bankın Bakı şəhəri, İçəri Şəhər, Böyük Qala küçəsi 41 ünvanında yerləşmiş 2 saylı Səbail filialı yeni ünvanda (Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 14) fəaliyyətini davam etdirir. Filialın yeni ofisi tamamilə yeni dizaynda tərtib edilmişdir.

Xatırladaq ki, Kapital Bankın yeni konseptdə ilk filialı Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında fəaliyyətə başlamışdı. Bu il ərzində daha bir neçə yeni konsepsiyalı filialın müştərilərin ixtiyarına verilməsi planlaşdırlıb.

“MƏQSƏD MÜŞTƏRİLƏRİN MƏMNUNİYYƏTİNİ ARTIRMAQDIR”

Yeni konsepsiyalı filiallar yalnız Kapital Bankın yeni brend stilinə uyğun orijinal dizaynı ilə fərqlənmir. Yeni filiallarda Bankın qarşısında duran əsas vəzifə müştərilərinin məmnuniyyətini artırmaqdır. Bu məqsədlə filialda növbə tənzimləyicisi, ödəniş aparatları, bir neçə ATM, o cümlədən ödəniş qəbul edən bankomat yerləşdirilmişdir. Həmçinin filiala daxil olan hər bir müştərini Bankın gülərüzlü həmkarları qarşılayaraq onların suallarını cavablandırır və müvafiq istiqamətə yönləndirir. Rahatlıqla yanaşı, əsas məqsədlərdən biri müştərilərin filialda qısa vaxt sərf etməklə keyfiyyətli bank xidmətlərindən yararlanmasını təmin etməkdir.