“Kapital Bank“ ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirildi

Kapital Bank ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirildi | alkredit.az

27 may 2015-ci il tarixində “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir. 
Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2014-cü ilin yekunlarına dair maliyyə hesabatları təsdiqlənmiş, maliyyə ilinin yekunlarına əsasən Bankın səhmdarlarına dividend ödənilməsi barədə qərar qəbul edilmişdir.
Yığıncaqda, həmçinin, “Kapital Bank” ASC-nin Müşahidə şurasının yeni tərkibi müəyyən edilmiş, şuranın sədri vəzifəsinə hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov təyin edilmişdir.