Kapital Bank Azərbaycanda Amerika Ticarət Palatasının iki mükafatına layiq görülüb

Kapital Bank Azərbaycanda Amerika Ticarət Palatasının iki mükafatına layiq görülüb | alkredit.az

Kapital Bank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) iki mükafatına layiq görülüb.

Bankdan AzərTAc-a bildiriblər ki, Goranboy rayonunda məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həlli məqsədilə həyata keçirdiyi korporativ sosial məsuliyyət (KSM) layihəsinə görə Kapital Bank birinci yerə layiq görülüb. Talassemiyadan əziyyət çəkən körpələrin həyatına dəstək naminə keçirilmiş qanvermə aksiyalarında fəal iştirakı isə Kapital Banka müsabiqədə üçüncülük qazandırıb.

Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev bu mükafatların Kapital Bank üçün böyük mənəvi dəyər daşıdığını bildirib: “Bütün bunlar reallaşdırdığımız KSM layihələrinin cəmiyyət tərəfindən həssaslıqla izləndiyini və rəğbətlə qarşılandığını göstərir. Bu da Kapital Bankı mənəvi missiyasını gələcəkdə də uğurla davam etdirməyə ruhlandırır”.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik Kapital Bankın 89 filialı və yeddi şöbəsi var.