Kapital Bank-dan güzəşt müddəti olan kartlar gəlir

Kapital Bank-dan güzəşt müddəti olan kartlar gəlir | alkredit.az

Azərbaycanın ən iri banklarından biri olan “Kapital Bank ”ASC “Grace Period”lu kartlarını istifadəyə verəcək.

Bunu Bankın Ödəniş kartları və Prosessinq departamentinin direktor müavini  Zakir Xanməmmədov bildirib.

“Hal hazırda “Grace Period”lu kartlar üzərində son testlər aparılır. Yeni ildən xidmət Bankın müştərilərinin istifadəsinə veriləcəkdir”,- o deyib.

“Grace Period”- elə bir xidmətdir ki, kredit kartında olan vəsaiti xərclədikdən sonra, bankdan asılı olaraq, 30 və ya 40 gün ərzində həmin pulu karta qaytarmaq mümkündür və bu halda heç bir faiz hesablanmır.