Kapital Bankdan "Depozitləriniz yüksəlsin" kampaniyası

Kapital Bankdan "Depozitləriniz yüksəlsin" kampaniyası | alkredit.az

 

15.01.2015–14.03.2015 tarixləri aralığında “Depozitləriniz yüksəlsin” depozit kampaniyası keçirilir.

Kampaniya çərçivəsində “Kapital depoziti” məhsulu üzrə AZN faiz dərəcələrinə 2% əlavə olunur.

Eyni zamanda “Kapital” depoziti ilə bağlı lotereya keçirilir. Lotereyada 15.01.2015–14.03.2015tarixləri aralığında “Kapital” depozit məhsulu üzrə minimum 500 AZN/USD/EUR məbləğində və  ən azı 12 ay müddətinə açılmış əmanət müqavilələri iştirak edir. Depozit hesabında yerləşdirilmiş hər 500 AZN/USD/EUR müştəriyə bir uduş şansı verir. Ümumilikdə 15 qalib olmaqla hər qalibə “Paşa Travel” turizm şirkətindən 1500 AZN həcmində iki nəfərlik səhayət paketi təqdim olunacaq.

 

Depozitin şərtləri:

  • Əmanətin müddəti - 6 aydan 36 aya qədər
  • Faizlərin ödənilməsi - aylıq/müddətin sonunda
    Faizlərin aylıq ödənişində müştərinin istəyinə əsasən hesablanan faizlər hər ay müştəriyə verilmiş hədiyyə kartına yerləşdirilir. Kapitalbankın ATM-lərindən məxaric zamanı əmanət üzrə hesablanmış faiz hissədən məxaric komissiyası tutulmur, digər komissiyalar qüvvədə olan tariflərə əsasən tutulur. Əmanət məbləği 500 AZN/USD/EUR-dan az olduqda kartın dəyəri müştəri tərəfindən Bankın mövcud tariflərinə uyğun olaraq ödənilməlidir
  • Minimal məbləğ - 100 AZN/USD/AVRO
  • Maksimal məbləğ - məhdudiyyət yoxdur
  • Əmanətin azaldılmas - vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər AZN-də illik 2%, xarici valyutada illik 1%-lə ödənilir, azaldılan hissə min. 100 AZN/USD/EUR, əmanət 100 AZN/USD/EUR qalanadək azaldıla bilər. 30 təqvim günündən tez çıxarılan əmanətlərə faiz ödənilmir
  • Əmanətin artırılması - müddətin yarısınadək
  • Avtomatik prolonqasiya - əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur)
  • Əmanət məbləği aşağıdakı məbləğlərə uyğun olduqda müştəriyə pulsuz müvafiq debet kart verilə bilər (vaxtınnan əvvəl tam çıxarılan əmanətlər üzrə kartın dəyəri Bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir):

    500 - 50000 AZN/USD/EUR olduqda - MasterCard Standard;
    50000 - 100000 AZN/USD/EUR olduqda - MasterCard Gold;
    100000 AZN/USD/EUR və artıq olduqda - MasterCard Platinum.

    Kart əmanətin bitmə tarixinə qədər olan müddətə verilir, 6 aylıq verilən əmanətlər üzrə kart 12 ay müddətinə verilir. 50000 AZN və daha artıq əmanətlər üzrə karta pulsuz SMS banking xidməti qoşulur (SMS-lərə görə müştəridən ödəniş tələb olunmur).
  • Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində, nağd kredit və ya kartla kredit xətti (kredit limiti hədiyyə kartına qoşulur) verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz əmanət faizi +3% təşkil edəcək. Nağd kredit və kredit xətti üzrə minimal məbləğ 500 AZN/USD təşkil edir. Kreditin (kredit xəttinin və ya nağd kreditin) valyutası əmanətin valyutası ilə eynidir və kreditin (kredit xəttinin və ya nağd kreditin) müddəti maksimum əmanət müddətinin sonuna qədər müddətə verilə bilər
  • Müştərinin bir əmanətə bağlı, yuxarıda göstərilən ümumi məbləğ limiti gözlənilmək şərtilə, eyni zamanda maksimum 1 (bir) kredit xətti və 1 (bir) nağd krediti ola bilər.

Faiz dərəcələri:

Depozitin müddəti (aylar üzrə) Faizlərin aylıq ödənişi
Faizlərin müddətin sonunda ödənişi
AZN 
USD 
AVRO
AZN 
USD 
AVRO
6 7,5%* 3,5%
- 8,0%* 4,0% -
12 11,0%* 7,0% 3,0% 12,0%* 8,0% 4,0%
18 11,5%* 7,5%
3,5% 12,5%* 8,5% 4,5,%
24 12,0%* 8,0%
4.0% 13,0%* 9,0% 5,0%
36 12,5%* 8,5%
5,0% 14,0%* 11,0% 6,0%

 

*15.01.2015–14.03.2015 tarixləri aralığında keçirilən “Depozitləriniz yüksəlsin” depozit kampaniyası üzrə yenilənmiş faiz dərəcələri