Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi | alkredit.az

Sabah Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı iclası olacaq.

Məhkəmənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov  bildirdi ki, sabah Plenumun olmasına baxmayaraq Məhkəmənin qərarı 1 ay ərzində məlum olacaq.

Sabah tərəflərin iştirakı ilə iclas keçiriləcək. İclasda tərəflərin çıxışları dinləniləcək. Daha sonra hakimlər müşavirə otağına gedəcək. Bir ay ərzində isə dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi dövlət qəzetlərində dərc olunacaq. Yəni sabah yekun qərar verilməyəcək”.

Sadə şəkildə desək, qərar 1 həftəyə də, 15 günə də, 1 aya da açıqlana bilər.

Qeyd edək ki, banklar Konstitusiya Məhkəməsinin qərarını həyacanla gözləyirlər.

Xatırladaq ki, ötən ay qurumun palatasının növbəti iclası olub. İclasda ölkə konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb. Müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb. Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Mülki Məcəllənin sözügedən maddələri xarici valyutada olan öhdəliklərin yerinə yetirilməsi qaydalarını özündə əks etdirir. Məsələn, 439.7-ci bənddə bildirilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir.