Kred Aqro-nun 14% gəlir gətirən istiqrazları ticarətə buraxılır

 

Kred Aqro-nun 14% gəlir gətirən istiqrazları ticarətə buraxılır | alkredit.az

“Kred Aqro” BOKT QSC -nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının 16 sentyabr 2015-ci il tarixindən etibarən “Bakı Fond Birjası” QSC-də yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Birjadan “Marja”ya daxil olmuş məlumata görə, emissiyanın həcmi 3 000 000 manatdır. Ticarət çərçivəsində hər birinin nominal dəyəri (ilkin ticarət qiyməti) 250 manat olan 12 000 ədəd istiqraz ticarətə buraxılacaq.

İstiqrazların tədavül müddəti ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 2 il, istiqraz üzrə faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan bir müəyyən olunub. Yerləşdirmənin anderrayteri “InvestAZ” MMC-dir.

Dövlət qeydiyyat nömrəsi

AZ2001009169

Emissiyanın həcmi

3 000 000 manat

Yerləşdiriləcək istiqrazların sayı

12 000 ədəd

Bir istiqrazın nominal dəyəri

250 manat

İstiqrazların tədavül müddəti

İlk istiqrazın yerləşdirildiyi

tarixdən etibarən 2 il

İstiqraz üzrə faiz dərəcəsi

14 %

Faiz ödəniş dövrünün müddəti

3 aydan bir

Anderrayter

“InvestAZ” MMC