Kredit almaq istəyən tələbələr üçün şad xəbər: yeni fond yaradılır

Kredit almaq istəyən tələbələr üçün şad xəbər: yeni fond yaradılır | alkredit.az

Azərbaycanda ali məktəblərin kredit ala bilməsi üçün yeni fond yaradılır.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib ki, cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır.

Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır.

 

mənbə:marja