“Kredit dərəcələri tezliklə aşağı salına bilinməyəcək”

Kredit dərəcələri tezliklə aşağı salına bilinməyəcək | alkredit.az

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları tərəfindən kredit dərəcələrinin tezliklə aşağı salına biləcəyini gözləmir.

AMB-nin baş direktoru Rəşad Orucov, “başa düşmək lazımdır ki, kredit faizlərinin azaldılması prosesi müəyyən vaxt tələb edir” deyə bildirib.

Onun sözlərinə görə, “çünki əvvəllər cəlb edilən əmanətlər nisbətən yüksək faizlər ilə cəlb edilib”. Kredit dərəcələrinə yenidən baxmaq üçün, depozit dərəcələrini qabaqcadan azaltmaq lazımdır. Hazırda banklar əvvəllər əmanətçiləri ilə bağladıqları əmanət müqavilələri üzrə faiz dərəcələrini azalda bilməzlər.