Kredit kartlarının sayı azalıb

Kredit kartlarının sayı azalıb | alkredit.az

Kredit kartlarının sayı azalmaqda davam edir.

Aprel ayında kredit kartlarının sayı 32 min ədəd azalıb.

Azalma Yanvar ayında 201 min ədəd, Fevralda 17 min ədəd, Martda 12 min ədəd təşkil etmişdi.

Ötən ilin Aprel ayı ilə müqayisədə isə kredit kartlarının sayı 516 min ədəd azalıb. 2015-ci ilin Aprel ayının sonunda kredit kartlarının sayı 1 milyon 264 min ədəd təşkil edirdi.

Fevralda əməkhaqı kartlarının sayı isə 40 min ədəd azalaraq 1 milyon 481 min ədədə düşüb. Bu ixtisarların artdığına işarə edir.

Aprel ayında sosial və digər debet kartlarının sayı artıb.

Aprel ayında sosial kartların sayı 3 min ədəd artaraq 2 milyon 442 min ədədə, digər debet kartlarının sayı isə 4 min ədəd artaraq 732 min ədədə çıxıb.

Kredit  və əməkhaqqı kartlarının sayının azalması ilə əlaqədar olaraq cəmi ödəniş kartlarının sayı da 31 min ədəd azalaraq  01 May 2016-cı il tarxinə 5 milyon 403 min ədədə düşüb.

Cəmi ödəniş kartlarının sayı 2015-ci ilin İyun ayında 6 milyon 88 min ədədə qədər çıxmışdı.

mənbə:marja