Kreditdə yeni mexanizm gəlir

Kreditdə yeni mexanizm gəlir | alkredit.az

Bu gün “Kredit məlumatların mübadiləsi və daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlar yolu ilə kiçik və orta sahibkarlığın inkişafına dəstək” layihəsinin  3-cü mərhələsinin açılışı keçirilib.

Dünya Bankının üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) yerli valyutanın son devalvasiyası fonunda sahibkarlığın, xüsusilə kiçik müəssisələrin sabit qalmaları və inkişaf etməkdə  və yeni iş yerləri yaratmaqda davam etmələri üçün onların maliyyə resurslarına çıxış imkanlarının artırılması və Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi məqsədlərinə xidmət edən məsləhət xidmətləri layihəsinin üçüncü (sonuncu) mərhələsinə başlayır.

“Marja” xəbər verir ki, tədbirdə İFC-nin Azərbaycanda daimi nümayəndəsi Aliyə Əzimova bildirib ki,  layihə üzrə özəl kredit bürolarının yaradılması planlaşdırılır.

Yeni mexanizmə görə, kiçik sahibkarlar avadanlıq, istehlak mallarını, mal qara, kənd təsərrüfatı məhsullarını və s. daşınan əmlakını girov qoymaqla kredit cəlb edə biləcəklər. Belə olan halda daha ucuz kreditə çıxmaq mümkün olacaqdır.

mənbə:marja