Krediti 10 min dollara kimi olanlara – Şad xəbər

Krediti 10 min dollara kimi olanlara – Şad xəbər | alkredit.az

Azərbaycanda məsuliyyətli bank müştəriləri dollar kreditini 1,05 manat məzənnəsi ilə ödəyə bilər. Bu barədə "Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bildirib.

Onun sözlərinə görə, banklar dollarda müştərilərinin aylıq ödənişini azaltmaq üçün kreditin müddətini uzadırlar, faiz dərəcəsini aşağı salırlar, amma ciddi güzəştlər üçün dövlətin dəstəyinə ehtiyac var: "Bankların da imkanları məhduddur. Burda da bizim fikrimizcə, dövlət dəstəyi lazımdır. Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Azərbaycan Mərkəzi Bankının (AMB) simasında dövlət qarşılayacaq”

Eldar Qəribov deyib ki, 360 min ölkə vətəndaşını əhatə edən bu proqram az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacibdir: "Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində AMB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”.Fins.az