Kreditlər 3 il sonra ilk dəfə artıb

Kreditlər 3 il sonra ilk dəfə artıb | alkredit.az

Avro Bölgəsi bankları tərəfindən şirkətlərə və əhaliyə verilən kreditlər son 3 ildə ilk dəfə artmışdır. Sözügedən yüksəliş rekord səviyyədəki maddi stimulun iqtisadiyyata çatdığına işarə etdi.

Avropa Mərkəzi Bankının (AMB) Çərşənbə günü yaydığı açıqlamaya görə, bank kreditləri Mart ayında 0.1% artıb. Kreditlər, 2012-ci ilin May ayından bu yana hər ay illik azalma göstərirdi. Kreditlər Fevral ayı ilə müqayisədə 0.2 faiz artım qeyd edib.

AMB, bölgənin iqtisadiyyatını dəstəkləmək məqsədilə kredit axınlarını artırmaq üçün ənənəvi olmayan vasitələrdən istifadə etdilir. Bank aylıq 60 milyard avroluq istiqraz alışı həyata keçirərək dövriyyəyə əlavə pul kütləsinin daxil olmasını təmin edir.