Kreditlərdə vəziyyət pisləşir

Kreditlərdə vəziyyət pisləşir | alkredit.az

Kreditlərin geri qaytarılmasında vəziyyət pisləşir.

nəyinki məzənnə dəyişikliyi nəticəsində  borcları artan dollar krediti müştəriləri, manatla krediti götürənlər də borclarını vaxtı-vaxtında geri qaytarmaqda əziyyət çəkirlər.

“Bəzi müəssisə və şirkətlər işçilərin maaşlarını azaltdığından və ya ödəməyi gecikdirdiyindən, eyni zamanda sahibkarların satışları aşağı düşdüyündən kreditlərin geri ödənilməsi gecikdirilir. Gəlirləri mədudlaşan müştərilər krediti ödəyə bilmədiklərindən onların kredit tarixçəsi pisləşir, bankların isə problemli kreditləri artır”,- bank sektorundakı mənbə bildirib.

34 FAİZ ARTIQ ÖDƏMƏKDƏNSƏ, AVTOMOBİL 30 FAZİ UCUZ SATILIB BORC BAĞLANIR

Əlavə edək ki, son zamanlar satışa çıxarılan avtomobillər artıb. Bir neçə ayın avtomobilləri krediti ödənilə bilinmədiyi səbəbindən satılır. Krediti dollarda olan avtomobil sahibləri, banklara kredit müddəti ərzində əlavə vəsait ödəməkdənsə, avtomobili bir az ucuz satıb, borcunu tez bağlamaq istəyirlər. Belə müştəriləri ikinci devalvasiya qorxsu da tələsdirir. Ən çox “Hyundai” və “Kia” avtomobillərinin satıldığı müşahidə olunur.

Qeyd edək ki, devalvasiya nəticəsində dollarda krediti olanların xərci 34% artıb.