Kreditləri manata konvertasiya etməyi planlaşdırırıq

Kreditləri manata konvertasiya etməyi planlaşdırırıq | alkredit.az

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda layihələrin reallaşdırılmasına ayrılan kreditləri manata konvertasiya etməyi planlaşdırır.

Bunu  AYİB-in yerli ofisinin rəhbəri Nil Makkeyn deyib.

O, qeyd edib: "Hələ bu prosesə başlamamışıq, lakin sabah Bakıya gələcək nümayəndə heyətimiz manatla istiqrazların buraxılmasını və mövcud kreditlər üzrə manat likvidliyini müzakirə edəcək. Konvertasiya borclunun istəyi üzrə həyata keçiriləcək".

Mənbə: Trend