Lizinqdə də vəziyyət ürəkaçan deyil

Lizinqdə də vəziyyət ürəkaçan deyil | alkredit.az

“Unileasing” lizinq şirkəti QSC 2015-ci il üzrə maliyyə hesabatlarını rəsmi mətbuatda dərc etdirib.

Lizinq şirkəti ötən ilin sonunda 47 milyon 224 min manat cəmi aktivə malik olub. Bu məbləğ, 2014-cü ilin sonu ilə müqayisədə cüzi azdır. Şirkət 31 Dekabr 2014-cü il tarixində 48 milyon 415 min manat cəmi aktivə malik olmuşdu.

Ötən ili “Unileasing”in öhdəlikləri 45% artaraq 46 milyon 208 min manatdan 66 milyon 908 min manata yüksəlib.

“Unileasing” 1,8 milyon manat nizamnamə kapitalına malik olsa da, cəmi kapitalı mənfiyə düşüb. Səbəb il ərzində məzənnə dəyişməsi nəticəsində edilmiş böyük zərərdir. Şirkət ötən il, 15 milyon 343 min manat müsbət məzənnə fərqi ilə bərabər, 35 milyon 772 min manat mənfi məzənnə fərqinə görə, ili 21 milyon 890 min manat zərər ilə başa vurub.

2015-ci ildə, 2014-cü illə müqayisədə “Unileasing”in əsas əməliyyat gəliri 32% azalaraq 3 milyon 160 min manata düşüb.

“Unileasing”in timsalından görünür ki, devalvasiya, digər maliyyə sektoru şirkətləri kimi lizinq şirkətlərinə də mənfi təsir edib. Devalvasiyalar nəticəsində gəlirlərin azalması, xarici valyutada olan borcların kəskin artması və edilən zərərlər şirkətləri çətin vəziyyətə salıb.

mənbə:marja