Müştərilər əmanətlərini DəmirBanka etibar edir

Müştərilər əmanətlərini DəmirBanka etibar edir | alkredit.az

Son 1 ayda müştərilər tərəfindən DəmirBank-a manat ekvivalentində 18 milyonadək vəsait yerləşdirilib. Bu isə bazardakı vəziyyətdən asılı olmayaraq müştərilərin DəmirBanka qarşı olan inam və etibarın göstəricisidir.

DəmirBank müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif edir.  Belə ki, hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9%, AZN əmanətlərini isə illik 14%-lə yerləşdirmək mümkündür. Həmçinin, əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılmışdır.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz, kompensasiya məbləği isə 30 000 AZN təşkil edir.

 

 

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az