Müştəriləri kreditlərini “E-Manat”la ödəyə biləcək

Müştəriləri kreditlərini E-Manatla ödəyə biləcək | alkredit.az

“Muğanbank” ASC  və “Modenis” MMC  əməkdaşlıq müqaviləsi imzalayaraq müştərilərinə kreditlərini “E-Manat” terminallarından ödəməyə  imkan yaradır.

Hal-hazırda “E-manat” şəbəkəsi 1500 - dən artıq terminala malikdir və  Azərbaycan ərazisində gündən-günə genişlənməkdədir.

“E-Manat” sistemi vasitəsilə kreditlər üzrə  ödənişlər dərhal həyata keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.