Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook istifadəçilərinə müraciət edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook istifadəçilərinə müraciət edib. | alkredit.az

Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook istifadəçilərinə müraciət edib.

Müraciətdə deyilir ki, artıq bir neçə gündür ki, nazirliyin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Bununla yanaşı, Facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır:

“Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.azsəhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

Feysbuk istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.