"Müddətli Seçim" Depoziti

                                "Müddətli Seçim" Depoziti | alkredit.az

Əmanətin şərtləri:

  • Depozitin müddəti - 60 ay
  • Faizlərin ödənilməsi - faizlər əmanət çıxarılarkən və ya müddətin sonunda ödənilir
  • Depozitin minimal məbləği - 500 AZN/USD
  • Maksimal məbləğ - məhdudiyyət yoxdur
  • Faiz dərəcəsi - AZN - 15%, USD - 13%
  • Əmanətin azaldılması - icazə verilmir
  • Əmanətin artırılması - icazə verilmir
  • Avtomatik prolonqasiya - əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır.
  • Əmanət məbləği aşağıdakı məbləğlərə uyğun olduqda müştəriyə pulsuz müvafiq debet kart verilə bilər (vaxtınnan əvvəl tam çıxarılan əmanətlər üzrə kartın dəyəri Bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir):

           500 - 1000 AZN/USD olduqda - Visa Electron/MasterCard Maestro;
           1000 - 5000 AZN/USD olduqda - Visa Classic/MasterCard Standard;
           5000 - 50000 AZN/USD olduqda - VISA Gold/MasterCard Gold;
           50000 AZN/USD-ya bərabər və artıq olduqda - VISA Platinum/MasterCard Platinum.

    Kart 36 ay müddətinə verilir, 50000 AZN və daha artıq əmanətlər üzrə pulsuz SMS banking xidməti qoşulur (SMS-lərə görə müştəridən ödəniş tələb olunmur).
  • Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində, nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz əmanət faizi +3% təşkil edəcək. Nağd kredit və kredit xətti üzrə minimal məbləğ 500 AZN/USD təşkil edir. Kreditin (kredit xəttinin və ya nağd kreditin) valyutası əmanətin valyutası ilə eynidir və kreditin (kredit xəttinin və ya nağd kreditin) müddəti maksimum əmanət müddətinin sonuna qədər müddətə verilə bilər (nağd kreditlər üzrə əmanət müddətinin sonuna n ay qalmış n-1 ay müddətinə, kartla kredit xətti əmanət müddətinin sonuna n ay qalmış n-1 ay müddətinə qədər maksimum 36 aylıq).
  • Müştərinin bir əmanətə bağlı, yuxarıda göstərilən ümumi məbləğ limiti gözlənilmək şərtilə, eyni zamanda maksimum 1 (bir) kredit xətti və 1 (bir) nağd krediti ola bilər.
  • Vaxtınnan tez çıxarılan əmanətlər üzrə faizlər aşağıdaki cədvələ əsasən hesablanacaqdır:

 

Əmanət müddəti (aylar üzrə)
Faizlərin ödənişi
AZN
USD
0-3 
0,0%
0,0%
3 - 6 2,0%
1,5%
6 - 12 5,0%
3,5%
12 - 24 9,0%
7,5%
24 - 36 10,0%
8,5%
36 - 48 11,0%
10,5%
48 - 60 12,0%
11,0%
 60 
 15%  13%

 

http://www.kapitalbank.az/?/az/content/285