Məşhur iqtisadçıdan durğunluq xəbərdarlığı

Məşhur iqtisadçıdan durğunluq xəbərdarlığı | alkredit.az

Məşhur iqtisadçı Cozef Stiglitz, qlobal iqtisadiyyatda durğunluq riski olduğu barədə xəbərdarlıq edib.

Yaponiyanın Baş naziri Shinzo Abenin iqtisadi siyasətinin müzakirə edildiyi paneldə çıxış etmək üçün Tokioya gedən məşhur iqtisadçı Cozef Stiglitz, qlobal iqtisadiyyatın bir durğunluğa və ya daha pisinə düşməsi riskinin, güclü artıma qayıtması ehtimalından daha böyük olduğunu deyib.

Stiglitz, "Qlobal iqtisadiyyat qlobal durğunluqdan əvvəl, 2007-ci ildə zəif idi. Dünya iqtisadiyyatını 2007-ci ildəki səviyyəsinə gətirmək, o zəif iqtisadiyyata geri qayıtmaq deməkdir" deyə bildirib.

Gənc əhali arasında yüksək işsizliyin narahatlıq yaradan amillər arasında olduğunu da qeyd edən Stiglitz, hökumətləri insana daha çox sərmayə qoymağa çağırıb.

mənbə:marja