Məbləğ yüz əlli milyon

Sentyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Metbuat.az xəbər verir ki, saat 11:00-11:15 aralığında keçiriləcək hibrid hərracda 150 000 000 (yüz əlli milyon) manat vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26% - 7,99% faiz təşkil edir.