Mənzil bazarında qiymətlər cüzi ucuzlaşıb

Mənzil bazarında qiymətlər cüzi ucuzlaşıb | alkredit.az

2015-ci ilin III rübündə Bakının mənzil bazarında qiymətlər 1,4% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2015-ci ilin III rübündə ilkin daşınmaz əmlak bazarında qiymət artımı 0,1% təşkil edib.

Hesabat dövründə təkrar daşınmaz əmlak bazarında qiymətləri 1,4% azalıb.

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-sentyabr aylarında istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 327,4 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% azdır. Cari ilin sentyabr ayında 157,9 min kvadratmetr mənzil istismara verilib.

 

mənbə:marja