Mərkəzi Bankın valyuta ehtiyatları yarım milyard dollar artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu il sentyabr ayının 30-na 6 mlrd. 34,1 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 499,6 mln. dollar və ya 9% çoxdur.

Sentyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 29,8 mln. dollar və ya 0,5% artıb.