Mərkəzi Bank bu banka 40 milyon borc verib

Mərkəzi Bank bu banka 40 milyon borc verib | alkredit.az

“Bank of Baku” Mərkəzi Bankdan növbəti dəfə kredit alıb.

Xəbər verdiyimiz kimi, 2015-ci ilin 2-ci rübündə Azərbaycan Mərkəzi Bankı “Bank of Baku” ASC-yə 20 milyon manat kredit vermişdi.

Mərkəzi Bank 3-cü rübdə “Bank of Baku”ya daha 20 milyon manat da ayırıb. Beləliklə, “Bank of Baku”nun Mərkəzi Bankdan aldığı borc 40 milyon manata çatıb.

Qeyd edək ki, devalvasiyadan sonra dollarlaşma ilə əlaqədar olaraq bankların manat ilə vəsaitlərə təlabatı yaranıb.

 

mənbə:marja