Mərkəzi Bank Kredo Banka daha 5 milyon manat borc verib

Mərkəzi Bank Kredo Banka daha 5 milyon manat borc verib | alkredit.az

Azərbaycan Mərkəzi Bankı “Kredo Bank” ASC-yə daha 5 milyon manat borc verib.

31 Mart 2016-cı il tarixinə Bankın Mərkəzi Bankdan aldığı vəsaitlər 44 milyon 900 min manat təşkil edib. Bu məbləğ, ötən ilin sonunda 39 milyon 900 min manat idi.

Borc “Kredo Bank”a auksion əsasında verilib.

2014-cü ilin sonunda “Kredo Bank”ın Mərkəzi Bankdan aldığı vəsait 8,75 milyon manat idi. Beləliklə, borcun 36,15 milyon manatı 2015-ci ildə və 2016-cı ilin 1-cü rübündə verilib.

Bundan başqa, “Kredo Bank” ASC  bir sıra maliyyə təşkilatlarına 20 milyon 94 min manat borcludur. Bankın depozit portfeli 53 milyon 724 min manat, cəmi öhdəlikləri isə 142 milyon 860 min manat təşkil edib.

“Kredo Bank” ASC 2016-cı ilin 1-cü rübündə 350,9 min manat xalis mənfət əldə edib.

mənbə:marja