Mərkəzi Bankdan “Manatla kredit” açıqlaması

Mərkəzi Bankdan Manatla kredit açıqlaması | alkredit.az

Bu gün Mərkəzi Bankdan “Marja”ya bildirilib ki, bu məlumatlar həqiqətə uyğun olmayan və yanlışdır.

“Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməmişdir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər”,- Mərkəzi Bankdan bildirilib.

KİV-LƏR NƏ YAZIB?

Qeyd edək ki, KİV-lərdə yayılmış məlumata görə, Azərbaycanda bəzi kommersiya bankları kreditlərin verilişini dayandırıb və onların kreditləşməni yenidən bərpa edəcəyi vaxt bəlli deyil.

Kreditlərin həm manat, həm də dollarla verilişinin dayandırıldığı bildirilir.

“Bankda kredit verilişi müvəqqəti dayandırılıb və nə vaxt bərpa olunacağı məlum deyil. Kreditlər üzrə yeni şərtlər hazırlanır. Ola bilsin ki, bu onunla bağlıdır. Lakin rəsmi olaraq bu açıqlanmır. Kreditləşmənin bərpası müddəti haqqında da hələ heç bir məlumat yoxdur. Ümid edirik ki, qısa müddətdə bərpa olunacaq”, - banklardan birindən bildirilmişdir.