Mərkəzi Bankdan növbəti devalvasiya ilə bağlı açıqlama

Mərkəzi Bankdan növbəti devalvasiya ilə bağlı açıqlama | alkredit.az

Bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır.

Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

AMB-dən bildirilib ki, qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış şayiələrlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.

Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir”.

 

mənbə:valyuta