Mado Restoranı satış üçün danışıqlar aparır

Mado Restoranı satış üçün danışıqlar aparır | alkredit.az

"Mado" satış üçün danışıqlar aparır

Türkiyənin kafe şəbəkəsi Mado-nun, ortaq tapmaq üçün danışıqlar apardığı bildirilir.

Danışıqlar Mado-nun sahibi Kambur ailəsi tərəfindən aparılır. Məsələyə yaxın bir mənbənin verdiyi məlumata görə, tərəfdaş ailə ilə bərabər paya malik olacaqdır.

Məlumata görə, hazırda Mado-nun sahibi üç vençur kapitalı şirkətilə danışıqları davam etdirir.

Satış ilə Türkiyə və xaricdə genişlənmə məqsədi güdülür.

Şirkət rəsmiləri isə məsələ ilə bağlı şərh verməkdən çəkinib.

Baş ofisi Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Mado-nun böyük əksəriyyəti Türkiyədə olmaq üzrə 250 şöbəsi var. Şirkətin dəyərinin 600 milyon lirə olduğu bildirilir.