Maliyyə mececerləri üçün “Açıq qapı” tədbiri keçiriləcək

Maliyyə mececerləri üçün Açıq qapı tədbiri keçiriləcək | alkredit.az

15 dekabr 2015-ci il tarixində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM)  tədris mərkəzində növbəti “Açıq qapı” tədbiri keçiri

Tədbirə ölkəmizdə fəaliyyət göstərən bütün təşkilatların baş mühasibləri, maliyyə direktorları, mühasibat uçotu, audit və maliyyə-iqtisad sahəsində çalışan mütəxəssislər dəvət olunur.

Tədbirdə iştirak edən iştirakçılara beynəlxalq standartlara keçidlə bağlı bütün zəruri məlumatlar çatdırılacaq, respublikamızda bu istiqamətdə aparılan işlər, əldə olunan nailiyyətlər və həmçinin bu sahədə qanunvericiliklə bağlı dəyişikliklər, beynəlxalq assosiasiyalarda təklif olunan üzvlük imkanları və s. barədə geniş məlumat veriləcək, mütəxəssislərin sertifikatlaşmasının, biliklərinin, peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyi bir daha vurğulanacaq. Çünki son illərdə bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayyət etməkdə, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasında, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində problemlərin həllində onlardan daima innovatorluq, qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur.

Tədbirdə iştirakçılar həm tədrisin özəllikləri barədə, həm də təklif olunan tədris proqramlarının müəllimləri, təcrübə və beynəlxalq statusu barədə də faydalı məlumatlar əldə edəcək, “Beynəlxalq mühasibat uçotu” mövzusunda treninqdə ( ustad dərsində) iştirak edəcəklər. İştirakçılara “Dinləyici sertifikatı” təqdim olunacaq. Daha ətraflı məlumatı www.apfm.az internet səhifəsindən əldə etmək olar və tədbirdə iştirak etmək istəyənələr qeydiyyyat üçün APFM ofisinə müraciət edə bilərlər.

Qeyd edək ki, mərkəzdə müntəzəm olaraq "Açıq qapı günləri" keçirilir. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı tempində yeni birlik və təşkilatların yaranması tələbindən 2005-ci ildə təsis olunan Assosiasiya10 illik fəaliyyəti dövründə  maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı respublika əhəmiyyətli mühüm layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan bir qurum  kimi fəaliyyətini uğurla davam etdirir. APFM –hər iki ildən bir keçirilən “Mühasiblərin və Auditorların Avrasiya Forumu”nun Azərbaycanda rəsmi təşkilatçısı, “Finansist” jurnalının təsisçisidir.

 

mənbə:marja