Manat istiqrazlarının alıcıları – MƏLUM OLDU

Manat istiqrazlarının alıcıları – MƏLUM OLDU | alkredit.az

Maliyyə Nazirliyinin manatla buraxdığı dövlət istiqrazlarını əsasən banklar və sığorta şirkətləri alır. Bu barədə fins.az-a fond bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, istiqrazların alıcıları arasında maliyyə sektorunun təxminən 10 təmsilçisi var: “Hələ ki, bütün banklar və sığorta şirkətləri bu istiqrazlara maraq göstərmirlər. Baxmayaraq ki, onların gəlirliliyi kifayət qədər yüksəkdir”.

Maliyyə təşkilatlarının istiqraz almaqdan çəkinməsi onların valyuta mövqelərini bağlamaq istəyi ilə bağlıdır: “Banklar hələ də, hesab edirlər ki, manatın ucuzlaşması riski qalır, buna görə də, bacardıqca valyuta mövqelərini bağlamaq üçün əllərində olan manatı dollara çevirirlər. Eyni addımı aparıcı sığorta şirkətləri də atırlar. Bunlar əsasən təsisçisi bank olan sığortaçılardır” – deyə mənbə bildirib.

mənbə:fins.az