Mercedes-Benzin satışları 13,4 faiz artıb

Mercedes-Benzin satışları 13,4 faiz artıb | alkredit.az

Almaniyanın aparıcı avtomobil istehsalçılarından biri olan Daimler, Mercedes-Benz markalı avtomobillərin satışlarının 2015-ci ildə 13,4 faiz artdığını bildirib.

Dekabr ayında satışlarını 9,1 faiz artıraraq 178.017 ədədə çıxaran Mercedes-Benz, 2015-ci ildə isə 1,87 milyon ədəd avtomobil satıb.

Avropada satışlar 10,5 faiz, Çində 32,6 faiz və ABŞ-da 3,8 faiz artım göstərib.