Mikromaliyyədə 1 milyard dollarlıq kredit

Mikromaliyyədə 1 milyard dollarlıq kredit | alkredit.az

31 Avqust 2015-ci il tarixinə olan statistikaya görə, Azərbaycanın mikromaliyyə instutlarının kredit portfellərinin cəmi həcmi 1 milyard 18 milyon 982 min dollara çatıb.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov "Məsuliyyətli mikromaliyyəyə aparan yol" adlı konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu gün mikromaliyyə instutları 559 mindən çox müştəriyə xidmət göstərir.

"Hazırda ölkədə 48 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Əgər 17 il əvvəl mikromaliyyə təşkilatlarının kredit portfeli 12,5 milyon dollar idisə, indi bu rəqəm 1 milyard dolları ötüb".

Süleyman Kələşovun sözlərinə görə, devalvasiya mikromaliyyə təşkilatları və onların müştəriləri üçün müəyyən problemlər yaradıb. Təşkilatlar vəziyyəti sabitləşdirmək üçün müəyyən tədbirlər görürlər:

“Kreditlərin vaxtı ucuzlaşdırılır, faizləri azaldılır, xarici valyutada olan kreditlər manata konvertasiya olunur”.

 

 

mənbə:marja