Mitsubishi-dən SUV elektromobil

Mitsubishi-dən SUV elektromobil | alkredit.az

Mitsubishi MotorsTokio Avtomobil Sərgisində, yeni nəsil EV sisteminə malik 100 faiz elektrikli krossover konsept avtomobili Mitsubishi eX-i təqdim edib.

Mitsubishi eX, cəlbedici xarici görünüşü ilə bərabər, sürüş performansı da vəd edir.

Mitsubishi eX konsepsiyası, sürətli bir şəkildə böyüyən kompakt SUV bazarı hədəflənərək hazırlanıb. Mitsubishi Motors, qabaqcıl elektromobil texnologiyalarını, üstün çəkiş sistemini və gələcək təhlükəsizlik xüsusiyyətlərini bu avtomobildə tətbiq edir.