Mobil operator bank endirimlərinə başlayır - YENİLİK

Mobil operator bank endirimlərinə başlayır - YENİLİK | alkredit.az

«Bakcell» şirkəti gələn il üçün planlarını və yeni xidmətlərini açıqlayıb. Fins.az-ın məlumatına görə, bu gün işə başlayan «Bakutel 2015» sərgisində 4G+ mobil internet şəbəkəsinin imkanlarını və 225 Mbit/saniyəyə qədər sürəti təqdim edib.

«4G» yox, «4G+»

Şirkətin rəhbəri Riçard Şirer bildirib ki, internetin sürətinin artması yeni LTE Advance texnilogiyasından istifadə sayəsində mümkün olub. Bu texnologiya nəticəsində internetin sürəti adi 4G-dən yüksəkdir.

Abşeron tam əhatə olunacaq

Sürətli internetin əhatə dairəsi də genişlənəcək. Belə ki, hazırda 4G+ (LTE A) mobil internet şəbəkəsi Bakını tam əhatə edir. Gələn ilin əvvəlində isə bu şəbəkə Abşeron yarımadasını tam əhatə edəcək.

Bank endirimlərinə başlayacaq

R.Şirer gələn ilin abunəçiləri gözləyən ən maraqlı yenilikləri də açışlayıb. Belə ki, 2016-cı ildə “Bakcell” müştəri loyallıq proqramını genişləndirəcək. Söhbət “Ulduzum” proqramından gedir. Onun il ərzində genişləndirilməsi və ilin əvvəlində maliyyə xidmətlərinin əlavə olunması nəzərdə tutulur. Başqa sözlə, «Ulduzum» proqramının istifadəçiləri müxtəlif mallar və xidmətlə yanaşı, bank endirimlərindən də yararlana biləcəklər.

Yeni kontentlər işə düşəcək

Eyni zamanda istifadəçilər üçün yeni kontentlər təqdim olunacaq. Söhbət «Coş və Qoş» adı altında təqdim olunan video-kontentlərdən gedir. Hazırda bu xidmətdə yalnız «Digitürk» şirkətinin paketləri verilir. Jələn ildən isə bura başqa xidmətlər də qoşulacaq.

 

 

 

mnəbə:fins.az