“Muğanbank” plastik kart sahiblərinə endirimlər təklif edir

Muğanbank plastik kart sahiblərinə endirimlər təklif edir | alkredit.az

“Muğanbank”ın “Visa” və “MasterCard” plastik kartlarını alan müştərilər nəinki müasir ödəniş vasitələrinə malik olacaqlar, eyni zamanda, müxtəlif mal və xidmətlərin alışı zamanı əhəmiyyətli endirimlərdən faydalana biləcəklər.

Bankdan AzərTAc-a bildiriblər ki, müştərilər www.garden.az onlayn mağazasında alış-veriş zamanı ödənişi bankın “Visa” və ya “MasterCard” plastik kartı ilə etdikdə aldıqları malı 5-10 faiz həcmində endirimlə əldə edəcəklər.

Qeyd edək ki, “Muğanbank” ASC ilə aparıcı onlayn gül mağazalarından biri olan, geniş çeşiddə gül və hədiyyələr təklif edən “Garden” mağazasının birgə həyata keçirdikləri hazırkı aksiya fevralın 1 –dən başlayıb və müddətsizdir.