Muğanbank uduşa 87500 manat qoydu

Muğanbank uduşa 87500 manat qoydu | alkredit.az

“Muğanbank” ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, aprel ayının 30-da, saat 10:00-da “Muğanbank Çek” üzrə 1-ci tiraj keçiriləcəkdir.

“Muğanbank Çek”-lər üzrə hər tirajın uduş fondu 87500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Maksimum uduş məbləği 10 000 AZN-dir.

Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd “Muğanbank Çek” dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri  50 manatdır. “Muğanbank Çek” sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

“Muğanbank Çek” dövriyyədə olduğu müddətdə çek sahiblərinə hər təqvim ili ərzində 8 (səkkiz) uduş tirajları ilə müəyyən olunan uduşlar şəklində gəlirlər veriləcək. Muğanbank Çek sahibləri çekləri istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər.

Uduşa düşmüş istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti nömrəsində, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.

https://www.muganbank.az/retail/mugancheck/mugancheck_online/