Nəhəng bank 787 milyon dollar cərimələndi

Nəhəng bank 787 milyon dollar cərimələndi | alkredit.az

ABŞ, İran və Sudana tətbiq edilən iqtisadi sanksiyalara məhəl qoymayan Fransanın Credit Agricole bankını 787 milyon dollar cərimələyib.

ABŞ, Credit Agricole-un, 2003-2008 illəri arasında bu ölkələrdəki bəzi qurumlara milyardlarla dollar pul verdiyini müəyyən edib.

Credit Agricole, ABŞ ilə  razılaşma yolunu seçibvə 787 milyon dollarlıq cəriməni ödəməyi qəbul edib.

Bu ilin əvvəllərində bir başqa Fransa bankı olan BNP Paribas da eyni əsaslarla 8.9 milyard dollar cərimə edilmişdi.

ABŞ-ın iqtisadi embarqo qaydalarına əməl olunmadığı müəyyən edən Şotlandiya Kral Bankı RBS də ötən illərdə 100 milyon dollar cərimə ödəməyə məhkum edilmiş, Deutsche Bank, Societe General və Unicredit kimi digər Avropalı banklar da  ABŞ-ın başlatdığı istintaqa cəlb ediliblər.

Avropa bankları, İran, Sudan, Birma və Kuba kimi ölkələrə ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqoya riayət etmirlər.

 

mənbə:marja