Nağdsız əməliyyat apardı, “AtaBank” ASC-dən 500 manat qazandı

Nağdsız əməliyyat apardı, AtaBank ASC-dən 500 manat qazandı | alkredit.az

 

AtaBank" ASC-nin 1 Mart 2014-cü il tarixindən start verdiyi "Al, Poz, Qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ilk 500 manatlıq uduş qazanılmışdır. Kampaniyada iştirak edən müştəri Nigar Kərimova keçirdiyi nağdsız əməliyyat vasitəsilə 6 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirmişdir. Bundan  başqa Bankın Xəzər, Şirvan, Gəncə, Lənkəran, Şəmkir və Monolit filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar. “AtaBank” ASC-nin keçirdiyi "Al, Poz, Qazan" ani stimullaşdırıcı lotereya kampaniyası bankın Bakı filialları ilə yanaşı bölgə filiallarında da davam edir.  

Qeyd edək ki, lotereya kampaniyası 1 Mart 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir. Kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır.  Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda, “AtaBank” AC-nin pos terminallarının sayı 13 000-dən çoxdur.

Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraqwww.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/atabanktwitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.