“NBC Bank” maliyyə göstəricilərini açıqlayıb

NBC Bank maliyyə göstəricilərini açıqlayıb | alkredit.az

birinci rübdə Bankın cəmi gəlirləri 5 milyon 21 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 502 min manat, qeyri-faiz gəlirləri 519 min manat təşkil edib.

“NBC Bank” məzənnə dəyişməsi (devalvasiya) nəticəsində zərərə düşməyib.

İlk rübdə Bankın 5 milyon 21 min manatlıq cəmi gəlirlərinə qarşı cəmi xərcləri 4 milyon 868 min manat təşkil edib. Nəticədə Bank 153 min manat əməliyyat mənfəəti əldə edib.

Bank sktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 738 min manat ayırdığından ilk rübdə 586 min manatlıq zərər yaranıb.

“NBC Bank” 2014-cü ili 1 milyon 460 min manat xalis mənfət ilə başa vurmuşdu ki, bu da Bankın son 6 ildə əldə etdiyi ən böyük xalis mənfəət idi.

2015-ci ilin yanvar-mart aylarında “NBC Bank”ın cəmi aktivləri 2,8% artaraq 141 milyon 928 min manata yüksəlib. Bankın kredit portfelinin həcmi isə dəyişməyərək 122 milyon 333  min manat məbləğində olmuşdur. Kredit portfelində vaxtı keçmiş kreditlərin ümumi məbləği 6 milyon 72 min manatdan 7 milyon 30 min manata, kredit portfelində xüsusi çəkisi isə 4.97%-dən 5.75%-ə yüksəlib. Bank kreditlər üzrə adi və məqsədli daxil 5 milyon 477 min manat ehtiyatlara malik olub.

Birinci rübün sonunda Bankın depozit prtfelinin həcmi 85 milyon 641 min manat, o cümlədən əhalinin əmanətləri 61 milyon 760 milyon manat təşkil edib.

31 Mart 2015-ci il tarixinə “NBC Bank”ın nizamnamə kapitalı 46 milyon 560 min manat, cəmi kapitalı isə 50 milyon 572 min manat olub.