Neftçi PFK üzvlük kartlarının satışına start verdi

Neftçi PFK üzvlük kartlarının satışına start verdi | alkredit.az

"Neftçi" PFK üzvlük kartlarının satışına start verdi

Neftçi KART – 19,37 AZN

NeftçiKART sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına bilet əldə edir və öz istəyinə uyğun olaraq yer seçimi edə bilər (VIP və SkyBox yerləri xaric).

NeftçiKART əldə edən hər şəxsə azarkeş maykası və ya şərf hədiyyə olunacaq.

Neftçi VIP – 193,7 AZN

NeftçiVIP sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına VİP sektora bilet əldə edir.

NeftçiVİP sahibi stadionun ətrafındakı parkinqdən yararlana bilər.

NeftçiVİP kartlnı əldə edən hər şəxsə komandanın orijinal forması, azarkeş maykası və şərf hədiyyə olunacaq.

Neftçi ELİT – 1937 AZN

NeftçiELİT sahibi mövsüm ərzində “Neftçi”nin keçirəcəyi bütün ev oyunlarına SkyBox üçün biletlər əldə edir. Keyterinq qiymətə daxildir.

NeftçiELİT sahibi komandanın hər bir ev oyununa 2 (iki) nəfər qonaq dəvət edə bilər və stadionun içindəki parkinqdən yararlana bilər.

NeftçiELİT sahibinə komandanın orijinal forması, azarkeş maykası, idman kostyumu və şərf hədiyyə olunacaq.

Üzvlük kartları ilə bağlı əlavə məlumatları aşağıdakı nömrəyə zəng etməklə öyrənə bilərsiniz

(050) 444 1937