Neft 53 dollara qalxdı

Neft 53 dollara qalxdı | alkredit.az

Neftin qiyməti nəzərəçarpan nisbətdə yüksəlib.

Bu gün Brent neftinin barelinin qiyməti 3,4% bahalaşaraq 53,15 dollara, ABŞ xam neftinin qiyməti isə 3,2% yüksələrək 49,36 dollara çıxıb.

Qeyd edək ki, ekspertlər neftin ucuzlaşdığı qədər ucuzlaşdığını, bundan sonrakı mərhələdə bahalaşacağını bildirirlər.

Dünya Enerji Şurasının Baş katibi Kristof Frei Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarının neft qiymətlərini artıracağını demişdi.

Xatırladaq ki, Brent neftinin qiyməti 24 Avqustda 43 dollara qədər düşmüş, Avqustun 31-də isə 55 dollaradək yüksəlmişdi. Sonradan neft 47 dollaradək ucuzlaşmış və 14 sentyardan 5 Oktyabradək neftin qiyməti 47-50 dollar intervalında hərəkət edib. Son 3 gündür Brent neftinin qiyməti 50 dollardan yuxarıda qalır.