Neft, Abu Dabinin 60 dollar proqnozu ilə bahalaşdı

Neft, Abu Dabinin 60 dollar proqnozu ilə bahalaşdı | alkredit.az

Abu Dabi İqtisadi İnkişaf Şurasının (The Abu Dhabi Council for Economic Development (ADCED) rəhbəri Ali Majed Al Mansoori, qlobal hasilat çoxluğunun (artıqlığının) gözləniləndən daha sürətlə azaldığını və bu vəziyyətin nefti bu il 60 dollara qədər qaldırma potensialı daşıdığını söyləyib.

Mansoori, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Bloomberg News-a verdiyi açıqlamada, "Artıqlıq gündə 1.2 - 1.5 milyon barrelə düşdü və gözlənilədən daha sürətlə azaldı" deyib.

Beynəlxalq Enerji Agentliyi (IEA), keçən ay verdiyi açıqlamada, ilin ilk yarısında, təklifin tələbi gündəlik orta hesabla 1.3 milyon barrel geçəcəyini bildirmiş və qlobal tələbat üçün proqnozunu gündəlik 100,000 barrel artıraraq 95.9 milyon barrelə çıxarmışdı.

Neft Yanvar ayında 12 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından, ABŞ, Nigeriya və Kanadada hasilatın azalması və Səudiyyə Ərəbistanının energetika nazirinin tələbatın güclü olduğunu qeyd etməsi ilə əlaqədar olaraq 90%-ə yaxın bahalaşıb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), ötən həftə iclasında hasilata kvota tətbiq etmədi.

Birləşmiş Ərəb Əmirlikləri dünyanın dördüncü ən böyük istehsalçısıdır.

Mansoori, "Neft qiymətlərinin bu gün tarazlıqda olmadığını düşünürəm, bu il qiymətlər 55 -60 dollara qalxa bilər. Ümumiyyətlə, neft bazarı, iqtisadi inkişafın dinamikası neft toparlanma yolunda olduğunu göstərir və Yanvardakı ən aşağı səviyyə olan 27 dolları görməyəcəyik" şəklində fikir bildirib.

Mansoori-nin açıqlaması ilə, Brent neftnin qiyməti 1%-ə yaxın qalxaraq 50 dolları yenidən keçib.

mənbə:marja