Neft bahalaşmaqda davam edir

Neft bahalaşmaqda davam edir | alkredit.az

Dünya birjalarında nefrin qiyməti qalxıb.

Bu gecə Brent nefti 2,5%-dən çox bahalaşaraq 36,20 dolları, ABŞ xam nefti isə 3%-ə yaxın qalxaraq 33,96 dolları göüb.

"NEFT BAZARINDA SABİTLİK TƏMİN OLUNMALIDIR"

Yeri düşmüşkən, Səudiyyə Ərəbistanı, qarşıdakı dövrdə dünya neft bazarlarında sabitliyin təmin olunması lazım olduğunu bildirib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Kral Salman bin Abdulazizin sədrliyi ilə keçirilmiş hökumətin həftəlik növbəti toplantısından sonra yayımlanan açıqlamada, qarşıdakı dövrdə dünya neft bazarlarında sabitliyin təmin olunması zəruriliyi vurğulanaraq, "Hökumətin, xam neftin qiymətlərindəki dalğalanmanı azaltmaq üçün öndə gələn bütün istehsalçılarla əlaqədə qalmaqda davam edəcəyi" bildirilib.

ƏLCƏZAİRDƏN NEFT HASİLATINI "DONDURMAQ" TƏLƏBİ

Digər tərəfdən, Əlcəzairin energetika naziri Saleh Hubri, Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC) 5 ay ərzində neft hasilatının dondurulması qərarını verməsini istəyib. Əlcəzair radiosunun xəbərinə görə, Hubri, ölkəsinin bazar tarazlığının təmin olunması çərçivəsində hər cür təşəbbüsü dəstəklədiyi və martda keçirilməsi planlaşdırılan OPEC toplantısı daxil bütün görüşlərdə iştirak etməyə hazır olduğunu ifadə edərək, "İlk mərhələ olaraq OPEC-in ən çox beş aylıq neft hasilatını dondurma qərarını qəbul edirik. OPEC toplantısında bazar tarazlığının bərqərar olması üçün sözügedən qərarın verilməsini istəyirik" deyib.

"10 DOLLARA QƏDƏR DÜŞƏ BİLƏR"

İclasda hasilatın dondurulması qərarı verilməməsi halında istehsalın azaldılmasını nəzərdə tutan ikinci tədbirə keçmək məcburiyyətində qalacaqlarını söyləyən Hubri, "Hazırda dünyada gündəlik 3 milyon barrel neft istehsal olunur. Əgər geosiyasi amillər olmasa, tələb-təklif qanununa görə, bir barrelin qiyməti 10 dollara qədər düşə bilər" deyə qeyd edib.

mənbə:marja