Neft dörd həftədir bahalaşır

Neft dörd həftədir bahalaşır | alkredit.az

Neftin qiyməti, ABŞ-da yanacaq tələbatının artması və xam neft hasilatının azalması ilə əlaqədar olaraq 40 dolların üzərində qalır. Neft dörd həftədir bahalaşır.

ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da benzin istehlakı son dörd həftədə Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxıb və xam neft hasilatı 2014-cü ilin Noyabr ayından bu yana ən aşağı səviyyəsində qalıb.

Analitiklər bildirirlər ki, ucuz neftdən dolayı istehlak artır. Aşağı qiymətlər hasilatın azalmasına da təsir göstərir.

Qərbi Texas nefti (WTI) Nymex bazarında 38.70 dollara, Brent nefti, Londonda ICE Futures Europe bazarında 2 faiz artaraq barreli 40.84 dollara çıxıb.

mənbə:marja