Neft Doha görüşü öncəsi 2 həftədir bahalaşır

Neft Doha görüşü öncəsi 2 həftədir bahalaşır | alkredit.az

Neft qiymətləri, böyük istehsalçıların bu həftəsonu Dohada istehsalın dondurulmasını müzakirə edəcəkləri toplantı öncəsi, iki həftədir yüksəlir.

Qətər Energetika Nazirliyinin açıqlamasına görə, bazarda yenidən sabitliyi təmin etmək üçün Dohada 17 Apreldə keçiriləcək görüşdən bir razılşama çıxması məsələsində istehsalçılar arasında "müsbət bir hiss" var.

IEA, Cümə günkü hesabatında, aşağı qiymətlərin OPEC-ə daxil olmayan ölkələrdə istehsalın azalmasına səbəb olacağını və qlobal neft bazarının ilin ikinci yarısında "tarazlığa doğru hərəkət" edəcəyini qeyd edib.

"CMC Markets"in baş strateqi Michael McCarthy, "Yəqin ki, görüşdən sonra belə bir açıqlama eşidəcəyik; "Bazar özünü düzəldir, güclü bir addıma ehtiyac yoxdur". Doha görüşü hazırda neft qiymətlərini istiqamətləndirən yeganə faktor deyil, ABŞ-da istehsalın azalması, bu görüşdən daha əhəmiyyətli deyilsə də, ən az onun qədər əhəmiyyətlidir" - deyə bildirib.

Neft qiymətləri, bu il 20 Yanvar tarixində son 12 ilin ən aşağı səviyyələrini (26-27 dollar) görməsinin ardından, ABŞ-da istehsalın azalması ilə sıçrayış edib.

Bloomberg News-un sorğusuna qatılan 40 analitik və treyder, Qətərin paytaxtındakı iclasda hasilatın dondurulmasına dair razılaşma çıxması məsələsində yarı yarıya bölünmüş vəziyyətdədir. Razılaşma çıxmasını gözləyən iştirakçıların əksəriyyəti isə, bu razılaşmanın gerçək xam neft hasilatına heç bir təsiri olmayacağını düşünür.

Qərbi Texas nefti (WTI) Nymex birjasında 3 sent yüksələrək 41.53 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 5 sent yüksələrək 43.89 dollara çıxıb. Bu həftə qiymətlər 44,50 dolları da görmüşdü.